Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”...
Bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: "Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq”.
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib: "Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək