XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Koronavirusa yoluxan icra başçısının 40 əməkdaşından test götürüldü

Koronavirusa yoluxan icra başçısının 40 əməkdaşından test götürüldü

Koronavirusa yoluxan icra başçısının 40 əməkdaşından test götürüldü
19-06-2020, 13:29

Goranboy rayon İcra Hakimiyyətinin 40 əməkdaşından koronavirus testi götürülüb”.

Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib:

"Daimi olaraq rayon ərazisində olan idarə və təşkilatların əməkdaşlarından koronavirus testləri götürülüb. Hazırda rayon icra hakimiyyətinin əməkdaşlarından da testlər götürülərək, Gəncəyə göndərilib və testin cavablarını gözləyirik. Bundan sonra 40 nəfər işçidən kimdəsə virus aşkarlansa, ictimaiyyətə məlumat verəcəyik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.