XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azərsu" isti yay günlərində Xətai sakinlərini susuz qoyub

"Azərsu" isti yay günlərində Xətai sakinlərini susuz qoyub

"Azərsu" isti yay günlərində Xətai sakinlərini susuz qoyub
14-06-2020, 19:36

Sakinlər fəryad edir...
Xətai rayonu, İ.İsmayılov küçəsindəki 58 saylı binanın sakinləri susuz qalıb. Bu barədə ANAXEBER.info-ya sakinlər məlumat verib.

Onların sözlərinə görə, səhər saatlarından binada su yoxdur. "Sərt karantin rejimidir. İnsanlar hamısı evdədir. Hava da istidir. Belə vəziyyətdə susuz qalmağı təsəvvür edin. Su verilişinin dayandırılmasının heç bir əsası yoxdur.

Hətta bu hansısa qəza nəticəsində baş veribsə, "Azərsu" təcili tədbir görməlidir. Karantin rejimi olsa da, onların fəaliyyətinə qadağa yoxdur. Amma heç bir tədbir görmürlər. Evdə qoca var, uşaq var, adamın vicdanı olar. Belə ağır günlərdə vətəndaşlara ikiqat əziyyət yaratmaq, onların əsəbləri ilə oynamaq kimə lazımdır? Bunlar Prezidentin çıxışlarına qulaq asmırlar, yoxsa onun dediklərini qulaqardına vururlar? İndi biz haradan su tapaq? Küçəyə çıxmaq olmaz, marketlər də fəaliyyət göstərmir", - deyə sakinlər bildirib.Sakinlər "Azərsu" rəhbərliyindən təcili tədbir görülməsini tələb edirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.