XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi - Ramiz Mehdiyev UDUZDU

Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi - Ramiz Mehdiyev UDUZDU

Zaur Qəriboğluna qarşı qaldırılan iddia təmin edilmədi - Ramiz Mehdiyev UDUZDU
11-06-2020, 17:29

İyunun 11-də Yasamal Rayon Məhkəməsində hakim Günel Ələkbərlinin sədrliyi ilə “Baku Steel Compani”nin rəhbəri Rasim Məmmədovun “Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb.

Saatlarla sürən prosesdən sonra məhkəmə qarşı tərəfin iddiasını təmin etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Z.Qəriboğlu özü məlumat verib.

O, bildirib ki, məhkəmə prosesi sifarişli idi.

"Bu təkcə mənim qələbəm deyil, bütün mətbuatın qələbəsidir", - deyə Z.Qəriboğlu qeyd edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.