SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib” - QALMAQAL

"Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib” - QALMAQAL

Tarix:

11-06-2020, 09:17

/ 952 dəfə oxundu.
"Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib” - QALMAQAL

İyunun 11-də Yasamal Rayon Məhkəməsində hakim Günel Ələkbərlinin sədrliyi ilə “Baku Steel Compani”nin rəhbəri Rasim Məmmədovun “Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılacaq. Rasim Məmmədov jurnalistin həbsini tələb edir. Zaur Qəriboğlu ona qarşı iddianı qanunsuz və əsassız hesab edir, bildirir ki, məhkəmə iddianı icraata qəbul edə bilməzdi. Jurnalist iddia edib ki, Ramiz Mehdiyev PA rəhbəri olanda Rasim Məmmədov ona arxalanaraq, səlahiyyətlərindən istifadə edərək iş adamlarını, azad sahibkarlığı çökdürməyə çalışıb: “Bu adamlar Azərbaycan dövlətinə, xalqına zərbə vurublar. Ölkə iqtisadiyyatını çökdürüblər”.

Bundan başqa, Zaur Qəriboğlu deyib ki, ona qarşı iddia sifarişlidir.

Sitat: “Rasim Məmmədov çox balaca adamdır, o, Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”.

“Yeni Müsavat”ın əməkdaşı iddialara münasibət öyrənmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürovla əlaqə saxlayıb. Şöbə müdiri Ramiz Mehdiyevin virtual qəbul keçirdiyini, qəbuldan sonra sorğumuza cavab veriləcəyini bildirib. Lakin sonrakı telefon zənglərimizə cavab verməyib.

Qeyd edək ki, jurnalist deyir ki, Rasim Məmmədovun iddiası əsassızdır və ümumiyyətlə, icraata qəbul edilə bilməzdi.

“Söz və ifadə azadlığı yoxdursa, inkişaf da yoxdur. Digər tərəfdən də məhkəmənin iddiaya göstərdiyi böyük maraq da anlaşılan deyil. Qaradağ rayonunun sakiniyəm, rəhbərlik etdiyim TV-nin qeydiyyatı da Səbayel rayonu ərazisindədir. Yasamal Məhkəməsi elementar olaraq elə bu səbəblərdən işi icraata qəbul edə, ilkin iclas təyin edə bilməzdi. Üstəlik, pandemiya dövründə məhkəmənin işə bu qədər həvəslə yanaşması sıradan bir hal kimi qəbul edilə bilməz. Bunlar bir dəstədirlər və vəzifələrdə oturanları da var ki, Azərbaycan dövlətinə qarşı çıxırlar. Zaman-zaman həmin adamların da kimlikləri ortaya çıxacaq, kimlər ki, bu ölkədə qarışıqlıq yaratmaq istəyirlər, layiqli cəzalarına çatacaqlar. Bu adamların Azərbaycan mətbuatına hücumlarının qarşısı ən yüksək səviyyədə alınmalıdır”.

Jurnalist ona qarşı iddia qaldıranların özlərinə qarşı cinayət işi başlanılması üçün əsaslar olduğunu da diqqətə çatdırıb.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ