XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Ağ Göl” Milli Parkı ilə bağlı nazirdən təqdirəlayiq addım

“Ağ Göl” Milli Parkı ilə bağlı nazirdən təqdirəlayiq addım

“Ağ Göl” Milli Parkı ilə bağlı nazirdən təqdirəlayiq addım
11-06-2020, 09:16

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babeyevin yarıtmaz kadrlara qarşı sərt münasibəti bir daha öz təsdiqini tapıb. Bu dəfə nazir “Ağ Göl” Milli Parkı ilə bağlı qərar verib.

Xatırladaq ki, “Ağ Göl” Milli Parkında baş vermiş qanun pozuntuları barədə məlumatlar dərc etmişdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03.09.2019-cu il 806/K nömrəli əmri ilə İbrahimov Qüdrət İbrahim oğlu.Ağgöl Milli Parkına direktor vəzifəsinə müvəqqəti olaraq 3 ay müddətinə təyin edilmişdi. Bu təyinatdan sonra Milli Parkda idarəçiliyin bərbad hala salınması ciddi narahatçılıq doğururdu. Təsadüfi deyil ki, rəhbər kimi fəaliyyətə başlamasından az sonra Nazirlik də bu sahədən narazı qalmışdı.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 116 nömrəli 21.02.2020-ci iltarixli əmri “Əmək Funksiyalarınıkeyfiyyətsiz yerinə yetirdiyinə görə” Ağgöl Milli Parkının direktoru İbrahimov Qüdrət İbrahim oğluna Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, auidit zamanı aşkar edilmiş maliyyə, çatışmazluqlarının bərpa edilməsi və digər nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməyinə qərar verilmişdi. Cəmi 3 aylıq fəaliyyətinın nəticəsinə görə töhmət alaraq yenidən daha şiddətlə Ağğölü talayan Qüdrət İbrahimovu artıq heç bir sehirli əl qoruya bilməyib.

Muxtar Babayev nazir təyin olunarkən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimadı doğruldacağını və ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin icrasının layiqincə təmin ediləcəyini bildirmişdi. O eyni zamanda Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd etmişdi. “Ağ Göl” Milli Parkı ilə bağlı verilən son qərar nazirin vədlərinə sadiq qaldığını göstərir.

cumhuriyyet.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.