Hirkan Milli Parkında yanğın başladı
Hirkan Milli Parkında yanğın başlayıb.
Məlumata görə, hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Yanğın baş verən ərazi yüksək dağlı ərazidə yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?