SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Muxtar Babayev meşələri talan edən direktoru özü “həbs” etmək istəyir…

Muxtar Babayev meşələri talan edən direktoru özü “həbs” etmək istəyir…

Tarix:

8-06-2020, 09:41

/ 1 097 dəfə oxundu.
Muxtar Babayev meşələri talan edən direktoru özü “həbs” etmək istəyir…

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə işdən çıxarılan Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru Şahin Cəfərovun qanunsuz əməlləri ilə bağlı hələ də hüquq-mühafizə orqanlarına müraciət edilməyib.

AzToday.az-a daxil olan məlumatlara görə, Ekologiya Nazirliyinin təkcə Lerik meşələrində apardığı yoxlama zamanı 100 min manat civarında cərimələr yazılmasına baxmayaraq, meşələri məhv edən mütəşəkkil dəstə üzvləri ilə bağlı hüquqi tədbirlərin görülməsi prosesi dayandırılıb. Belə ki, ETSN rəsmiləri mediaya verdikləri açıqlamada Şahin Cəfərovla yanaşı Regional İdarənin daha 4 əməkdaşının cəzalandırıldığını bildirmiş və meşələrin məhv olunmasına şərait yaradan əməkdaşlarla bağlı hüquqi tədbirlər görüləcəyini demişdilər. AzToday.az-a daxil olan məlumatlara görə, sözügedən 4 əməkdaşla bağlı da heç bir cəzalandırma tədbiri görülməyib və həmin adamlar yenə işinin başındadır.

Məlumatda bildirilir ki, Şahin Cəfərovun əməlləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq şöbəsi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə faktları təqdim etməyib. Görünənlər onu deməyə əsas verir ki, Muxtar Babayev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətlərini də özü yerinə yetirib, Şahin Cəfərovla bağlı “cəzalandırma” tədbirləri görmək istəyir…

Şərhlər

XƏBƏR LENTİ