XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Lerik meşələrində ağacların kütləvi qırılması faktları təsdiqini tapıb: Həbslər gözlənilir (FOTO)

Lerik meşələrində ağacların kütləvi qırılması faktları təsdiqini tapıb: Həbslər gözlənilir (FOTO)

Lerik meşələrində ağacların kütləvi qırılması faktları təsdiqini tapıb: Həbslər gözlənilir (FOTO)
11-05-2020, 14:51

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Lerik meşələrində ağacların kütləvi qırılması faktlarını yoxlayır.

AzToday.az-a daxil olan məlumatlara görə, təkcə Gürdəsər meşəbəyliyinin 23 saylı dolayında aparılan yoxlama zamanı 500-dən artıq ağacın kəsilməsi faktı təsdiqini tapıb. Və buna görə, 66 min manat civarında cərimə yazılıb. Hazırda da həmin meşə dolayında yoxlama davam edir. Şikayətçilərin sözlərinə görə, 23 saylı dolayda hələ yoxlanılmamış daha 100 böyük diametrli ağac da kəsilərək yerdədir.

Eyni vəziyyətin Vizəzəmin və Razvandaband meşəbəyliyinin meşə dolaylarında da müşahidə olunduğu bildirilir. Qarşıdakı günlərdə sözügedən meşə ərazilərinin də yoxlanılacağı gözlənilir.

Bu arada daxil olan məlumatlara görə, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi Şahin Cəfərov və 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovun şikayətçilərdən birini susdurmaq üçün həyata keçirdiyi plan ifşa olunub. Belə ki, yalandan şikayətçinin üzünə duran “zərərçəkən” ifadəsini dəyişərək, bunu Şahin Cəfərovun istəyi ilə etdiyini bildirib. Maraqlı məqam isə odur ki, Şahin Cəfərov “zərərçəkən”in guya xəsarət alması ilə bağlı saxta həkim arayışı düzəltmək üçün 2 min manat xərcləyibmiş… Bu barədə nazir Muxtar Babayevə də şikayət olunub.

Daxil olan məlumatlarda bildirilir ki, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin nəzarət etdiyi Astara və Lənkəran meşələrində də kütləvi şəkildə işlik ağaclar kəsilib…

Lerik meşələrində aparılan yoxlamalar zamanı qeydə alınan ağac kəsintilərinin bir qisminin siyahısı:
Lerik meşələrində ağacların kütləvi qırılması faktları təsdiqini tapıb: Həbslər gözlənilir (FOTO)





XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.