Nazirin Lerik meşələrində qızıl axtarmasının qarşısını polis aldı - Qalmaqal
Yerli sakinlərin dediyinə görə, Lerikin Gürdəsər Meşəbəyliyinin 11 saylı dolayında qızıl gizlədilməsi ilə bağlı söz-söhbətlər 100 ildən çoxdur ki, davam edir...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin Lerik meşələrində qızıl axtarmaq cəhdlərinin qarşısı alınıb. Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi Şahin Cəfərov Lerik rayonu Gürdəsər Meşəbəyliyinin 11-ci meşə dolayında qızıl axtarırmış. Lakin təqribən 4 gün əvvəl Lerik rayon Polis Şöbəsinin əməkdaşları meşədə qazıntı aparan dəstəniin üzvlərini saxlayıb.
11 saylı meşə dolayının gözətçisi Mədət Abbasov, meşəbəyi köməkçisi Mühüb Mirzəyev, Yardımlı rayonu Zeynələzir kənd sakini Ramin Qaraxan oğlu saxlanılıb. Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Firdovsi Əliyevin müdaxiləsindən sonra polis tərəfindən saxlanılanlar sərbəst buraxılıb və məsələ ört-basdır edilib.
Məlumatda bildirilir ki, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin bir-neçə əməkdaşı başda olmaqla Lerik sakinləri sözügedən meşə ərazisinin qazılmasına etiraz edib. Amma idarə rəisi Şahin Cəfərov qazıntı işlərinin nazirin tapşırığına əsasən aparıldığını bildirərək, meşə ərazisində qazıntı işlərini davam etdirib. Lerik Polis Şöbəsinin məsələyə müdaxiləsindən sonra qızıl axtarışları prosesi dayandırılıb və məlum olub ki, qazıntı işləri tamamilə qanunsuz aparılıbmış.
Yeri gəlmişkən xatırladaq ki, meşə ərazisində müvafiq qurumların icazəsi olmadan hər hansı bir qazıntı işlərinin aparılması qanunvericilikdə yasaqlanıb və cinayət əməli kimi qiymətləndirilir.
Yerli sakinlərin dediyinə görə, Lerikin Gürdəsər Meşəbəyliyinin 11 saylı dolayında qızıl gizlədilməsi ilə bağlı söz-söhbətlər 100 ildən çoxdur ki, davam edir. Meşə ərazisində bir-neçə dəfə qızıl axtarmaq cəhdləri göstərilib, amma qızıl tapa bilməyiblər. Görünür, Muxtar Babayevin rəhbərlik etdiyi Ekologiya Nazirliyi gizli şəkildə qızılı axtarıb tapmaq istəyibmiş, amma cəhdlərinin qarşısı alınıb...
Mənbə: MilliYol.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...