XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Azərişıq”dan şikayət

“Azərişıq”dan şikayət

“Azərişıq”dan şikayət
30-05-2020, 12:59

Paytaxt Bakının və regionların fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaitinin ayrılmasına baxmayaraq bu sahədə problemlər qalmaqdadır...
Şikayət edən bir qrup Göyçay və Ağdaş sakininin sözlərinə görə, elektrik enerjisinin verilməsində böyük fasilələrin yaranması onlara ciddi problemlər yaradır.

"Göyçay - Ağdaş rayonları arasında yerləşən kəndlərdə elektrik fasilələrlə verilir. "Xosrov” xətti üzərindəki bütün kəndlər aylardır, işıq üzünə həsrətdir. Elektrik enerjisinin fasilələrlə verilməsi təsərrüfatlara da böyük ziyan vurur. Müvafiq orqanlardan problemin tezliklə aradan qaldırılması üçün hərəkətə keçmələrini xahiş edirik”. (Sfera)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.