SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bərbərxanalar, gözəllik salonları AÇILIR

Bərbərxanalar, gözəllik salonları AÇILIR

Tarix:

1-05-2020, 17:05

/ 1 300 dəfə oxundu.
Bərbərxanalar, gözəllik salonları AÇILIR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir; bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Şərhlər

XƏBƏR LENTİ