XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda yoluxma 7-10 gün sonra artmağa başlaya bilər - DİQQƏT

Azərbaycanda yoluxma 7-10 gün sonra artmağa başlaya bilər - DİQQƏT

Azərbaycanda yoluxma 7-10 gün sonra artmağa başlaya bilər - DİQQƏT
1-05-2020, 14:48

"İctimai səhiyyə ilə bağlı görülən tədbirlər insanların sağlamlığını qorumaq üçündür. Azərbaycan koronavirusun qarşısını almaq üçün ən tez tədbir görən ölkələrdən biridir".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O bildirib ki, martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalmağa başlayıb: "Sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb. Bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, tez əvvəlki həyata dönsələr, say artacaq. Əgər insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Əhalinin etməli olduğu vacib şey fiziki məsafə saxlanması, əllərin tez-tez yuyulmasıdır",

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.