"Hande Harmancı Azərbaycandan getsə, xəstəlik qalmayacaq" - Aqil Abbas
"Xəstəlik var, amma bunu siyasiləşdiriblər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat bildirib ki, Hande Harmancı ölkədən çıxıb getsə, Azərbaycanda xəstəlik qalmayacaq: “Ümumiyyətlə, ÜST-ü ləğv eləsələr, dünyada heç bir xəstəlik tapılmaz. Koronavirus testindən keçənlərin təxminən 2-2.5 faizində virus aşkarlanır. Test sayına nəzər salsaq, deməli, yoluxma sayında artım yoxdur. Testdən keçənlərin sayı çox olduqda yoluxma sayı da təbii olaraq çox olur. Sadəcə olaraq, əvvəllər sağalanların sayı daha çox idi, indi isə bir az azalıb. Karantin rejiminin yenidən tətbiq olunmasını istəmərəm, amma Operativ Qərargahın qərarından asılıdır. İnşallah karantin rejimi yenidən sərtləşdirilməz. Bu, həm də bizdən asılı olan məsələdir. Bayram ərəfəsində rayona gedib-gəlməkdə, məncə, problem yoxdur, onsuz da rayonlarda xəstəlik daha azdır. Bəzi rayonlarda isə, ümumiyyətlə, yoxdur. Hande Harmancı çıxıb getsə, Azərbaycanda xəstəlik olmayacaq. Ümumiyyətlə, ÜST-ü ləğv eləsələr, dünyada heç bir xəstəlik tapılmaz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?