SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərişıq ASC-nin əməkdaşlarından sahibkara "KORONO" ZƏRBƏSİ

Azərişıq ASC-nin əməkdaşlarından sahibkara "KORONO" ZƏRBƏSİ

Tarix:

1-05-2020, 10:24

/ 1 022 dəfə oxundu.
Azərişıq ASC-nin əməkdaşlarından sahibkara "KORONO" ZƏRBƏSİ

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları xırda sahibkarlara qənim kəsilib.

Ölkə başçısı bir çox çıxışlarında müəyyən qurumlara sahibkarlara dəstək olmağı dönə-dönə tövsiyə edib. Post pandemiya dövründə sahibkarlara az ziyan dəyməsi üçün cənab prezidentin tövsiyyə və göstərişi ilə bir çox tədbirlər görülməkdədir. Bu və ya digər tədbirlər planı da sahibkarların işçilərin əmək müqaviləsinə xitam verməməsi naminə həyata keçirilir.

Amma atılan addımlar, görülən işlər deyəsən "Azərişıq" ASC-yə aid deyil.

Bu barədə Kainat.tv-yə müraciət daxil olub. Müraciət edən kiçik sahibkar, Əli Tusi oğlu Orucovdur. Əli Orucov bildirdi ki, kiçik bir sahibkarlıqla məşğul oluram, 4 nəfər işçi qüvvəmlə tikiş sexim fəaliyyət göstərir. Sexin yerini icarəyə götürmüşəm. İşıq sərfiyyatına görə 450 manat borc yaranıb. Ölkədəki mövcüd vəziyyətlə əlaqədar satışımız olmadığı üçün digərləri kimi bizim də müəyyən çətinliklərimiz var və bu çətinliklərə görə komunal ödənişlərdə müəyyən gecikmələr olur. İşçilərin əmək haqlarını bir təhər, dövlətin dəstəyi sayəsində ancaq ödəyə bilmişik.

"Azərişıq" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları heç bir güzəşt etmədən verilən enerjini dayandırdı. Sahil adlı nəzarətçi bizi hətda hədələməkdən belə çəkinmədi. "Mən pandemiya-mandemiya bilmirəm, ged kimə deyirsən de, nə bacarırsan et, mən heç kimdən qorxmuram" - sözlərinin müəllifi, adi bir nəzarətçi kimə güvənir?
Bu olaya aydınlıq gətirmək üçün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İsmayıl bəylə əlaqə saxlayıb hadisə barədə ona bildirdik. "Narahat olmayın, məsələnin mahiyyəti ilə maraqlanıb həll edərik, nəzarətçi də tənbeh olunacaq, bu barədə sizə məlumat verəcəyik" - deyən aparıcı mühəndis nəinki redaksiyaya məlumat verdi, hətda telefonunu da söndürdü. Məcburiyyət qarşısında qalaraq "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə zəng vurduq. O, da ənənəvi olaraq telefonuna cavab vermədi.

P.S. Ümid edirik ki, bizim yazımızdan "Azərişıq" ASC-nin əməkdaşları nəticvə çıxaracaq, ölkə rəhbərinin tövsiyyə etdiyi kimi vətəndaşlarla normal rəftar etməyə çalışacaqlar.

Kainat.tv

Şərhlər

XƏBƏR LENTİ