SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əbülfəs Qarayevin kadr islahatı - Qədirov rəis gətirilir

Əbülfəs Qarayevin kadr islahatı - Qədirov rəis gətirilir

Tarix:

30-04-2020, 14:43

/ 1 486 dəfə oxundu.
Əbülfəs Qarayevin kadr islahatı - Qədirov rəis gətirilir

Sosial şəbəkələrdə Mədəniyyət Nazirliyi strukturlarında yaxın zamanlarda kadr islahatlarının aparılacağı barədə məlumatlar yayılıb...
Məlumata görə nazirlikdə gözlənilən dəyişikliklər ilk öncə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyində baş verəcək.

Ağcabədi Regional Mədəniyyət İdarəsinə rəisi postuna daha bir şanslı namizəd kimi hazırda Ağstafa Regional Mədəniyyət İdarəsinə rəhbərlik edən Vüqar Qədirovun adı çəkilir.

Qeyd edək ki, Vüqar Qədirov bu vəzifəsindən öncə Ağcabədi Regional Mədəniyyət İdarəsinə rəisinin müavini olub. O eyni zamanda zəngin ictimai fəaliyyəti də məşğuldur.

Belə ki, Vüqar Qədirov 1994-cü ildə Qaçqın Tələbələrin Hüquqlarını Müdafiə Təşkilatının təsisçisi və sədri, 1995-ci ildə isə bu təşkilat Azərbaycan Qaçqınlar Cəmiyyətinə birləşdikdən sonra Gənclər şöbəsinin sədri seçilib. Prezident İlham Əliyevin 16 aprel 2008- il sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilib. 2010-cu ildən Qarabağ- Qeyri Hökumət Təşkilatları (Qarabağ QHT Koalisiyası ) Koalisiyasının koordinatorudur.

İctimai fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülüb.

Məlumata görə ötən ilin yanvar ayında Vüqar Qədirovun Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyinat almasını həm özü, həm də Ağcabadi Regional Mədəniyyət İdarəsi təəccüblə qarşılayıb. Buna səbəb isə idarə işçilərinin Vüqar Qədirovun Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyinat almalarını gözləmələri olub.

Qeyd edilir ki, bu təyinatın baş tutmamasına səbəb nazirin son anda humanizm göstərərək uzun illərdən bəri Ağcabədi Regionanal Mədəniyyət İdarəsinə rəhbərlik edən Rza Quluyevi vəzifsində saxlaması olub.

Rza Quluyevin yaş senzinə görə bu il təqaüdə göndəriləcəyi deyilir.

Bununla belə Mədəniyyət nazirliyində aparılacaq kadr islahatlarının təqaüd müddətinə bir neçə il qalmış şəxsləri də əhatə edəcəyi vurğulanır.
Ehtimal olunur ki, nazirliyin atacağı bu qərar hazırda dünyada tüğyan edən koronavirus pandemiyasına görədir.

Xatırladaq ki, koronavirus pandemiyana yaşı 60-dan yuxarı olan şəxslərin daha tez yoluxması tibb elmi tərəfindən sübuta yetirilib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. (AzFakt.com)

Şərhlər

XƏBƏR LENTİ