XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
26-04-2020, 18:13

Sabah hava buludlu olacaq, bölgələrə yağış yağacaq...
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Aprelin 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.