XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabah 21° isti olacaq

Sabah 21° isti olacaq

Sabah 21° isti olacaq
25-04-2020, 17:41

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Xidmətdən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.