XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İradə Gülməmmədova video-konfrans keçirdi - FOTO

İradə Gülməmmədova video-konfrans keçirdi - FOTO

İradə Gülməmmədova video-konfrans keçirdi - FOTO
15-04-2020, 10:56

Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə videobağlantı vasitəsilə müşavirəsi keçirilib.

Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından rayon sakinlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. İ.Gülməmmədova çıxış edərək respublikada koronavirus pandemiyasına qarşı ölkə rəhbərliyi tərəfindən aparılan işlər barəsində məlumat verib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri barəsində danışan icra başçısı bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi Abşeron rayonunda da işsiz sakinlər işlə təmin olunacaq. Abşeronda bununla bağlı 1900 yeni iş yerinin yaradıldığını və onların 250 manat əmək haqqı ilə 2 ay müddəti üçün nəzərdə tutulduğunu qeyd edən başçı əhalinin işsiz təbəqəsi üçün ayrılan 190 manat məbləğində birdəfəlik yardımla bağlı məlumat verib. O bildirib ki, bu günə qədər rayon üzrə mindən çox sakin işsiz kimi qeydiyyatdan keçib. Xüsusi karantin dövrü başlayandan rayon ərazisində 6000-dən çox ahıl, aztəminatlı sakinin gündəlik ərzaq malları ilə təmin edildiyini söyləyən İ.Gülməmmədova kənd və qəsəbələrdə bundan sonra da imkansız ailələrin qeydiyyatının aparılmasının və onların da ərzaq yardımları ilə təmin edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, rayon üzrə 179 nəfər 65 yaşından yuxarı kimsəsiz, tənha ahıl qeydiyyata götürülüb və onlara gündəlik olaraq sosial xidmət göstərilir. Rayon ərazisində COVİD-19 infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdıran İ.Gülməmmədova hazırda Saray qəsəbəsində koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə yeni modul tipli 200 çarpayılıq xəstəxananın inşa edildiyini xatırladıb.

Daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İradə Gülməmmədova video-konfrans keçirdi - FOTO


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.