XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Naxçıvan muxtariyyətliyi bəzən müstəqillik kimi anlayır, bəs paytaxt niyə tez-tez onu unudur?

Naxçıvan muxtariyyətliyi bəzən müstəqillik kimi anlayır, bəs paytaxt niyə tez-tez onu unudur?

Naxçıvan muxtariyyətliyi bəzən müstəqillik kimi anlayır, bəs paytaxt niyə tez-tez onu unudur?
10-04-2020, 10:22

"Naxçıvanda koronavirusla bağlı karantində olan şəxslər Operativ Qərargahın siyahısında olmadığı kimi indi də Naxçıvan qeydiyyatında olan vətəndaşların işsiz kimi qeydiyyatdan keçməsi nəzərə alınmayıb. İşsiz kimi qeydiyyatdan keçmək üçün tərtib olunmuş qrafikdə Naxçıvan niyə yoxdur?”
Ovqat.com xəbər verir ki, bu sətirləri AMİP Siyasi Şurasının üzvü Rəşad Aydın özünün facebook səhifəsində paylaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsizlik qeydiyyatı üçün müraciət qeydiyyatının fotosunu da paylaşan R.Aydın həmin qrafikdə Muxtar Respublikaya yer ayrılmamasını ayrıseçkilik kimi qiymətləndirir.

Doğrudan da maraqlı məsələdir. Özgə vaxt hər birimiz, o cümlədən Ovqat.com da Naxçıvan yetkililərini mərkəzi hakimiyyətə məhəl qoymamaqda günahlandırırıq, amma deyəsən, paytaxt da Muxtar Respublikanı öz məsuliyyət dairəsi siyahısından silib və bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deyil, digər hökumət strukturlarının fəaliyyətində də özünü büruzə verir. Hər halda Naxçıvanda koronavirusa yoluxanların Azərbaycanın müvafiq siyahısına salınmaması bu cür düşüncələrə yol açır. Təsadüfi deyil ki, bu məqam da Rəşad Aydının gözlərindən yayınmamışdı. O, bir neçə gün əvvəl paylaşdığı statusunda öz təsbitlərini belə ifadə etmişdi:

"Dostluğumda olan KİV nümayəndələrindən və millət vəkillərindən bir məsələnin araşdırılması və aydınlıq gətirilməsini xahiş edirəm. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 44 nəfəri müalicə olunaraq sağalmış, 8 nəfər vəfat etmiş, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Eyni zamanda o da bildirilir ki, müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Səhiyyə Nazirliyinin məlumatında isə deyilir ki, Naxçıvanda bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmışdır. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur. O da qeyd olunur ki, Naxçıvanda karantin zonalarında 2896 nəfər nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
Aydınlaşdırmağınızı xahiş etdiyim məsələ bununla bağlıdır: Əgər Respublikada karantin zonalarında ümumilikdə 4369 nəfər varsa və Naxçıvanda karantində nəzarət altında saxlanılanların sayı 2896 nəfərdirsə belə çıxır ki, ölkə ərazisində karantində olanların 60%-ı Naxçıvanda saxlanılır. Yox əgər Naxçıvanda karantində saxlanılanların sayı bu 4369 nəfərə aid deyilsə onda bu nədeməkdir? Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərərgah hansı əsasla Naxçıvanla bağlı məlumatları ümumi məlumatlara aid etmir? Naxçıvan Azərbaycanın tərkib hissəsi deyil?"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.