Nazirliyin Facebook səhifəsində izləyici sayı 100 mini ötüb
Facebook vasitəsilə aprel ayında vətəndaşların
12 000-ə yaxın müraciəti cavablandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri, aparılan geniş miqyaslı islahatlarla bağlı operativ ictimai məlumatlandırmada, eləcə də vətəndaş müraciətlərinin cavablandırılmasında sosial medianın imkanlarından geniş istifadə olunur.
Yalnız aprel ayında Nazirliyin facebook səhifəsində məlumat, foto, video, poster və s. formalarda 200-ə yaxın paylaşım edilib. Xüsusilə son vaxtlar məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumatlandırma məqsədli paylaşımlara üstünlük verilib.
Aprel ayında vətəndaşlar tərəfindən rəy və mesaj bölməsinə gələn 12 000-ə yaxın müraciətin cavablandırılması təmin olunub.
Yalnız aprel ayında Nazirliyin facebook səhifəsində izləyici sayı 5 minədək artıb və hazırda 100 min 500-ə yaxındır.
Hər kəsi Nazirliyin sosial şəbəklərini izləməyə dəvət edirik.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək