XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ailə TV karantin rejimini pozur

Ailə TV karantin rejimini pozur

Ailə TV karantin rejimini pozur
9-04-2020, 11:09

Ailə TV işçilərini qapı-qapı salıb aylıq ödənişləri yığdırır. Reportyor.info-nun xəbərinə görə, bu barədə jurnalist Vüsalə Rüstəmova facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, qapıya gələn inkassatora “qapı-qapı düşüb pul yığmanız təhlükəlidir axı?” söyləyib. Ailə TV əməkdaşı isə “Hansı virus? Virus-zad yoxdur” cavabı ıverib.
V.Rüstəmova qeyd edir: “Deyirəm, “sən inanmaya bilərsən, amma şirkət məsuliyyət daşıyır, sabah sənin kimi qapı-qapı gəzən işçilərə bir şey olsa, o şirkətə heç nə olmayacaq, amma sizin ailələrinizə yazıq olacaq”.

Maraqlıdır, Ailə Tv risk qrupuna daxil olan işçilərini ödənişli məzuniyyətə göndərə bilmir, ya abonentlərinə 1 ay güzəşt edə bilmir? Axı ölkədə xüsusi karantin rejimi elan edilib, küçəyə 2 saatlıq çıxmaq olar və ödənişlər ya dondurulur, ya da onlayn şəkildə həyata keçirilir. Ailə TV rəhbərliyi isə işçilərini təhlükəyə atır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.