XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Atəşgah Sığorta” ÇÖKÜŞ ƏRƏFƏSİNDƏ - şirkətin gəlirləri azalıb

“Atəşgah Sığorta” ÇÖKÜŞ ƏRƏFƏSİNDƏ - şirkətin gəlirləri azalıb

“Atəşgah Sığorta” ÇÖKÜŞ ƏRƏFƏSİNDƏ - şirkətin gəlirləri azalıb
3-04-2020, 12:06

"Atəşgah Sığorta” şirkətinin 2019-cu ildə xalis mənfəəti 1 milyon 178 min manat olub. 2018-ci ili isə 770 min 375 manat zərərlə başa vurmuşdur.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2019-cu ilin 31 dekabr tarixinə “Atəşgah Sığorta” şirkətinin cəmi aktivləri 40 milyon 790 min manat təşkil edib. 2018-ci ilin müvafiq dövründə cəmi 42 milyon 117 min manat olub ki, bu da illik müqayisədə 2019-cu ildə aktivlərin 3,2% azalması deməkdir.

Ötən ilin sonunda “Atəşgah Sığorta”nın cəmi gəlirləri 39 milyon 48 min manat, cəmi xərcləri isə 37 milyon 576 min manat təşkil edib. 2018-ci ilin müvafiq dövrüylə müqayisədə sığorta şirkətinin cəmi gəlirləri 5%, cəmi xərcləri isə 10% azalıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.