“Meqa Sığorta” mənfəətlə bağlı geriyə addımlayır
“Meqa Sığorta” ASC-in cəmi gəlirləri 2018-ci ildə 27,02 mln manat təşkil etmişdir. İlin əvvəli ilə müqayisədə sonunda cəmi gəlirləri bu il 34 % artıb.
"Kommersant.az" bu barədə şirkətin 2018-ci il üzrə maliyyə hesabatına istinad edir.
2018-ci ildə “Meqa Sığorta” ASC-in cəmi xərcləri 21,071 mln manat təşkil edib ki, öncəki ilin analoji dövrü ilə müqayisə 51,6% artıb.
Onu da qeyd edək ki, 2018-ci ildə hesabat dövründə xalis mənfəət 4 mln. 756 min manat idisə, 2017-ci ildə isə xalis mənfəət isə 4 mln. 968 min manat olub. Belə ki, 2018-ci ildə xalis mənfəət 4 % azalıb
2018-ci ildə “Meqa Sığorta” ASC-in cəmi aktivləri hesabat ilinin əvvəlində 35,52 mln manat. Hesabat ilinin hesabat dövrünün sonuyla müqayisədə bu şirkətin cəmi aktivləri 16 % azalıb.
Onu da bildirək ki, hesabat ilinin əvvəlində cəmi öhdəliklər 9,849 mln manat təşkil edib. Hesabat dövrünün sonunda isə “Meqa Sığorta” ASC-in cəmi öhdəlikləri 18,646 mln manat olub. Müqayisəyə əsasən deyə bilərik ki, hesabat ilinin əvvəlində cəmi öhdəliklər 47 % azalıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var