XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir
28-03-2020, 20:24

Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də operativ şəkildə icra olunur.
Çoxşaxəli tədbirlər planının bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar rayon ərazisində küçələrdə və yaşayış binalarında intensiv şəkildə dezinfeksiya və Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında ciddi maarifləndirmə-təbliğat işləri aparılır.
Operativ Qərargahın qrupları istənilən yaşda olan vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə bağlı məlumatlandırırlar və evdən çıxdıqları təqdirdə özlərinin və yaxınlarının virusa yoluxma şanslarının əhəmiyyətli dərəcədə artdığını bildirir, Qərargahın göstərişlərinə ciddi riayət etməli olduqlarını çatdırırlar.
Həmçinin rayon ərazisində ehtiyacı olan, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gün ərzində davam etdirilir.
Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.