XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!

Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!

Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!
2-04-2020, 18:09

Azərbaycan ərazisində koronavirus xəstəliyinin (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah tərəfindən verilən göstəriş və tapşırıqlara uyğun olaraq Nərimanov rayonu ərazisində də bu təhlükəli xəstəliyə qarşı mübarizə tədbirləri icra olunur.
Operativ Qərargahın son tövsiyə və göstərişlərinə müvafiq olaraq bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal könüllüləri tərəfindən sakinlər arasında aktiv maarifləndirmə-təbliğat işləri aparılır.
Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar yaşından asılı olmayaraq vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə, ehtiyac yarandığı təqdirdə çıxmalı olarsa xüsusi qoruyucu vasitələrdən (tibbi maska, əlcək, dezinfeksiyaedici maddə və s.) istifadə etmələrinin vacibliyi barədə məlumatlandırır. Həmçinin Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Rayon şöbəsi tərəfindən müəyyən edilmiş yaşlı və ehtiyacı olan, kimsəsiz vətəndaşlara lazımi ərzaq yardımlarının edilməsi, evlərində sosial məişət xidməti göstərilməsi istiqamətində də müvafiq işlər icra olunur.
2 aprel 2020-ci il tarixdə 1000 nəfərdən artıq vətəndaşla maarifləndirici söhbətlər aparılmış, ciddi karantin rejiminə əməl etməyən 100 nəfərdən çox vətəndaşa cərimələr tətbiq edilmişdir. Ara məhəllələr də daxil olmaqla E.İsaqzadə yaşayış massivi, Daş Karxanası küçəsi, X.R.Ulutürk, H.Məmmədov küçələri və digər 50-yə yaxın prospekt və küçələrdə səkilər, yolkənarı dayanacaqlar, bankomat və ödəmə terminalları, 309 çoxmənzilli yaşayış binalarının girişləri, lift və pilləkən qəfəsləri, 2 ünvanda yeraltı piyada keçidləri, 200 ünvanda məişət tullantılarının toplama meydançası xüsusi məhlullarla dezinfeksiya edilmişdir.
Bütün bu tədbirlər, təbliğat, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində həyata keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti bir mənalı olaraq sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edir.
Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.