SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb

Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb

Tarix:

19-03-2020, 20:37

/ 859 dəfə oxundu.
Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb

Novruz bayramı ərəfəsində Abşeron rayonunda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə qayğı diqqət mərkəzində saxlanılıb. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən əziz bayram münasibətilə rayonun kənd və qəsəbələrində yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təqdim edilib.

Bayramla əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları, ilk növbədə, yardıma ehtiyacı olanlar – şəhid, əlil ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və iki gün ərzində, ümumilikdə, 550-dən çox ailəyə təqdim olunub.
Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb

Şərhlər

XƏBƏR LENTİ