Füzuli rayonunda yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir.
Füzuli rayon icra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq xüsusi karantin rejiminin qaydalarına uyğun olmaqla çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir.
Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 50 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.
Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...