SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DSMF-nin direktor müavini Əminə Seyidzadənin özəl özbaşınalıq imtiyazı var?

DSMF-nin direktor müavini Əminə Seyidzadənin özəl özbaşınalıq imtiyazı var?

Tarix:

19-03-2020, 10:09

/ 1 824 dəfə oxundu.
DSMF-nin direktor müavini Əminə Seyidzadənin özəl özbaşınalıq imtiyazı var?

Teref.az-ın poçtuna gələn araşdımanı təqdim edirik:
Əlillərin konstitusiya hüquqları sosial müdafiə məmurlarının korrupsiya hüquqlarına qurban verilir

DSMF-in direktor müavini Əminə Seyidzadənin özəl özbaşınalıq imtiyazı var?

Dövlət başçısı hər çıxışında məmurun xalqa xidmət etməli olmasını, xalqın bir saylı xidmətçisinin özü olmasını açıqlasa da, yerlərdə məmurlar gerçəkdə xalqı özlərinə qul kimi işlədirlər. İcra başçılarının quldurluq- quldarlıq əməlləri həbs olunandan sonra bəlli olur. Ona kimi rayonu çap-tala, şəxsi əmlakın kimi yönət, insanları qul kimi şəxsi təsərrüfatında işlət və çeşidli “Vətənə xidmət” , “Rüşvət (oxuma, dövlət) qulluğunda xidmət” ödülləri ilə təltif edil və bu da sonu! ..

Prezident bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi ( ƏƏSM ) naziri Sahil Babayevi qəbul edəndə “sizə qarşı təxribat törədildiyini “ bildirdi. “Siz” deyəndə nazirin, yoxsa Nazirliyin nəzərdə tutulduğu bilinməsə də, bütövlükdə dövlətin sosial siyasətinin sabotaj edilməsinin , gözdən salınmasının nəzərdə tutulduğu açıq-aşkardır. Bəs dövlətə , onun sosial müdafiə siyasətinə qarşı təxribat törədən kimlərdir? Tam əminliklə demək olar ki, DÖVLƏTİN SOSİAL MÜDAFİƏ SİYASƏTİNİ SABOTAJ EDƏN DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUDUR. Daha düzü , sözügedən fondda illərdir yuva salmış rüşvət-korrupsiya məmurlarıdır. Rayonlarda aztəminatlı ailələrə “ölü” heyvanları kim alıb verir? Əlbəttə, ƏƏSMN yanındakı sosial müdafiə , məşğulluq xidməti məmurları! Bəs əlil və şəhid ailələrinə tikilən , satın alınan evləri kim rüşvətlə bölür? Əlbəttə , Dövlət Sosial Müdafiə Fondunun sosial təminat xidmətçiləri! Paradoksa baxın, dövlətin imtiyazlı şəxslərin - Qarabağ əlillərinin , şəhid ailələrinin sosial təminatlarına ayırdığı vəsaiti sosial təminat xidmətçiləri mənimsəyir !? Elə bil, imtiyaz yiyəsi əlil-şəhid yox, ona xidmət edən məmurdur! (?) Uzağa niyə gedək, 3 ay öncə Nizami rayonu , Çobanzadə küçəsində tikilən evin qanunsuz bölgüsü hələ də gündəmdədir . Bölgü qanuna , Konstitusiyaya yox , rüşvətə, korrupsiyaya uyğun olaraq həyata keçirilib . DSMF-in direktor müavini Əminə Seyidzadə , sektor müdiri Vüqar Behbudov , Rövizə Behbudova nə Prezident sərəncamıını , nə də dövlətin adından çıxarılan məhkəmə qərarını tanıyır ! Bunların tanıdığı yalnız rüşvətdir. Təsəvvür edin , hətta Prezidentdən, 1-ci vitse-prezidentdən ƏƏSMN rəhbərliyinə verilən göstəriş və tapşırıqlar da barəsində şikayət edilən Əminə Seyidzadənin özünə verilir və bu xanım məmur da dövlətin, onun başçılarının sosial siyasətini sabotaj etməkdə davam edir! ... Bu imtiyazı Əminə Seyidzadəyə, Vüqar Behbudova kim verib ? Əlillərin müalicəsinə , sosial müdafiəsinə , mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dövlətin ayırdığı vəsaiti , hətta cüzi maddi yardımı da sosial təminat sektorunun məmurları mənimsəyirsə , dövlətə qarşı təxribatın başında kimin dayandığı göz önündə deyilmi ? Maraqlı olduğu qədər, absurddur ki , məmur qərarı ilə sosial müdafiədən , təminatdan məhrum edilən əlillərin məhkəmə müdafiəsi , məhkəmə təminatı hüququ da tanınmır. Bu da sosial təminat dəllallarının sosial xidmət “bazarı”nda rüşvət qiymətlərini diqtə etmələrinə nədən olur . Təsəvvür edin , əlində dövlətin adından çıxarılan məhkəmə qərarı olan 1-ci dərəcəli Qarabağ əlili hələ də mənzil yiyəsi ola bilmir ki , sosial təminat məmurlarının rüşvətini ödəməyib! (?) Borclu ƏƏSMN yanında DSMF-in məhkəmə qərarını icra etməkdən imtinasına Bakı İnzibati Məhkəməsi borclunu 50 min manat cərimə etməklə hüquqi qiymət verilməsini təmin edə bilər . Di gəl , qərarı qəbul etmiş məhkəmə də borclunun rüşvətini qanundan və Konstitusiyadan üstün tutur! (?) Təsəvvür edin, tələbkarın ərizəsinə 15 aydır hakim Aygün Abdullayeva baxmır! ?

Əlillərin hüquqsuz durumda olmalarının bir nədəni də müvəkkilsiz olmalarından qaynaqlanır . Nə Ombudsman , nə digər hüquq mühafizə orqanları əlillərin hüquqlarına sayğı göstərir. Başa düşmək olmur , dövlətin Konstitusiyası üstündür , yoxsa sosial müdafiə məmurlarının korrupsiyası?

Məğrur Bədəlsoy

Şərhlər

XƏBƏR LENTİ