SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Öpüşməkdən mütləq surətdə çəkinmək lazımdır”

"Öpüşməkdən mütləq surətdə çəkinmək lazımdır”

Tarix:

16-03-2020, 18:55

/ 811 dəfə oxundu.
"Öpüşməkdən mütləq surətdə çəkinmək lazımdır”

Operativ qərargah üzvündən xəbərdarlıq
“Koronavirusdan qorunmaq üçün bəzi vərdişlərimizdən, xüsusilə əl tutmaq, görüşərkən öpüşməkdən çəkinməliyik”.

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, koronavirus yaxın təmasla keçdiyindən insanlar bu məsələdə diqqətli olmalıdırlar:

“Biz dostumuzu, yoldaşımızı, qohumumuzu görəndə həmişə öpüşüb görüşürük, ən azından əl tuturuq. Bu vərdişlərdən müvəqqəti də olsa imtina etmək lazımdır. Əl verib görüşmək, öpüşmək xəstəliyin yayılmasına səbəb olan faktorlardandır. Öpüşməkdən mütləq surətdə çəkinmək lazımdır. Bu cür situasiyalar həmişə olmur. Ona görə də müvəqqəti olaraq adətmizi tərgidək”.

Baş infeksionist deyib ki, xüsusilə respirator əlamətlər müşahidə edilən insanalarla yaxın təmasdan qaçmaq vacib şərtdir:

“Avtobusa, metroya minəndə, tutacaqlardan tutanda, yaxud idarə və ofislərdə əlinizlə qapının dəstəyinə toxunanda ən azından əlinizi gözünüzə, ağzınıza, burnunuza yaxınlaşdırmayın. Yanınızada dezinfeksiyaedici vasitə, 50 faizlik spirt gəzdirin. Ən azından əlinizi spirtlə təmizləyin. Daha sonra mütləq əllərinizi axar suyun altında sbaunla yuyun”.

Şərhlər

XƏBƏR LENTİ