“Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var
Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər”.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu səbəbdən bəzi hallarda bizim həkimlərin təyin etdiyi dərmanlar o qədər effekt vermir: “Xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər.
Bu, çox ciddi narahatçıılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir. Bəlkə biz 400-500 adda dərmanın qiymətini tənzimləyək, qalanlarının qiyməti isə sərbəst buraxılsın”.
Azərbaycana dərmanların çoxu müxtəlif ölkələrdən gətirilir. Təəssüflər olsun ki, bu dərmanların əksəriyyəti standartlara cavab vermir.
Hər dərmanın tərkibində əsas təsiredici komponentlər olur. O komponentlər düzgün makinasiya olunmalıdır. Belə olmayan təqdirdə həmin dərman keyfiyyətsiz olur və xəstənin dərdinə əlac olmur.
Səhiyyə Nazirliyinin dəfələrlə monitorinqlər, yoxlamalar aparmasın baxmayaraq, keyfiyyətsiz dərmanların satışının qarşısını almaq mümkün deyil.
Belə dərmanların ölkəyə gətirilməsinin qarşısını almaq üçün dərman maddələrinin dövlət reyestri və dövlət farmakopeyası tətbiq olunmalıdır.
Bizdə dərman maddələrinin dövlət reyestri və dövlət farmakopeyası yoxdur. Belə bir qurum olsa insanların əlində Azərbaycan ərazisində istifadəsinə icazə verilmiş bütün dərmanların siyahısı olacaq.
Nə qədər ki, dərman maddələrinin keyfiyyətinə nəzarət sistemi bütün dünyada olduğu kimi qurulmayıb, ölkəmizdə keyfiyyətsiz dərmanlarla bağlı problemlər daim olacaq.