SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Tarix:

15-01-2022, 19:24

/ 564 dəfə oxundu.
Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Xəbər verildiyi kimi Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Yeni dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətinin tənzimlənməsi ümümu bahalaşma yaradacaqmı? 

Xalqxeber.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə dərmanların molekullara görə qiymətlərinin müəyyənləşdirilməsinə qərar verilib:

“Yəni dərman adlarından daha çox, molekullar və istehsalçı ölkələr üzrə qərarlar verilir. Bunun mənfi cəhəti ondan ibarətdir ki, bu qərarortalığa çıxdıqdan sonra bir müddət bəzi çox vacib dərmanların ölkə bazarına gətirilməsi çətinləşdi.

Sonralar həmin dərmanların ölkəyə gətirilməsinə başlanıldı. Amma daha zəif və tanınmayan şirkətlərin, çox ucuz molekulların gətirilməsi başlandı. Bu da dərman keyfiyyətinə mənfi təsir göstərdi. Halbuki normalda azad rəqabətli mühit yaradılmalı və şirkətlərin özünün bazarda iştirak imkanları genişlənməli idi.

İndiki halda dövlət qiymətləri tənzimləyərkən və molekullar üzərindən üst qiymətləri təyin edərkən dərmanların daha zəif ölkələrdən gəlməsinə şərait yaradır. Bu da insanların sağalmasında əks effektlər verir”.

Ekspert Tarif Şurasının bu dəfəki qərarı ilə də bəzi dərmanların bahalaşacağına işarə edib:

“Tarif Şurası molekullarla üst qiymətləri müəyyəndirəcək. Üst qiymətlər daha yuxarı hədlərdir. Bu o anlama gəlir ki, şirkətlər həmin dərmanları daha baha sata biləcək.

Məsələn, dərman istehsalçısı Britaniya yaxud ABŞ-dırsa, həmin dərmanlar daha keyfiyyətlidir və qiyməti daha yüksəkdir. Üst qiymət olduğuna görə həmin dərman şirkətləri eyni tərkibli molekulun Hindistan, Vyetnam, İndenaziya, Asiya və Çin istehsalına yönəlirlər. Daha ucuz və keyfiyyəti aşağı olan dəranları ölkəyə gətirirlər. Söhbət kəskin bahalaşmadan getməsə də, ümumilikdə bu molekullarda 15-20 faiz qiymət dəyişikliyi olacaq”.

Şərhlər

XƏBƏR LENTİ