XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezident 9 milyon manat ayırdı

Prezident 9 milyon manat ayırdı

Prezident 9 milyon manat ayırdı
2-03-2020, 17:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik.

Sıra №-si Ərazi vahidləri
Gəncə şəhəri
1. Gəncə şəhərində 2 yeni massiv
Daşkəsən rayonu
1. Aşağı Daşkəsən kəndi
2. Kəmərqaya kəndi
Göygöl rayonu
1. Toğanalı kəndi
Samux rayonu
1. Sərkar kəndində yeni massiv

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.