SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Piyadanı vuran sürücü qaçdı, yaralını xəstəxanaya yol polisləri çatdırdı

Piyadanı vuran sürücü qaçdı, yaralını xəstəxanaya yol polisləri çatdırdı

Tarix:

2-03-2020, 13:05

/ 822 dəfə oxundu.
Piyadanı vuran sürücü qaçdı, yaralını xəstəxanaya yol polisləri çatdırdı

Hadisəni törədən sürücü ərazidən qaçıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un YPX əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı 99-YP-397 dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər - YPX əməkdaşları Tahirov Musa Üzeyir oğlu və Səfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda polis hadisəni törədən sürücünü axtarır.

Şərhlər

XƏBƏR LENTİ