SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda 14 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçdı

Bakıda 14 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçdı

Tarix:

4-06-2021, 13:22

/ 666 dəfə oxundu.
Bakıda 14 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçdı

Bakının  Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 9-cu mikrarayon ərazisində "Su Sonası" şadlıq sarayının yaxınlığında baş verib. 
Yolu keçən 2007-ci il təvəllüdlü  Humay Əsgərlini avtomobil vurub. 
Yaralı yeniyetmə təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb.
Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Onu da qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun kimliyi polis tərəfindən araşdırılır. 
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ