XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Xaçapuri” və ”Simit” burda hazırlanıb - FOTOLAR

"Xaçapuri” və ”Simit” burda hazırlanıb - FOTOLAR

"Xaçapuri” və ”Simit” burda hazırlanıb - FOTOLAR
28-02-2020, 13:42

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, qurum əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

Ümumi sahəsi 25 m2-lik ayrıca tikilidə təşkil edilmiş kustar üsulla “Xaçapuri” və ”Simit” istehsalı və satışı ilə məşğul olan sexdə yoxlama zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən olunub.

Sexdə istifadə olunan sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların və unlu məmulatlar yığılan rəfin istismar müddətinin bitdiyi, onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Unun saxlanması, ələnməsi, yoğrulması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışının eyni sahədə təşkil edildiyi aşkarlanıb. Bu isə qida təhlükəsizliyi baxımından istehsal olunan məhsulların fiziki, kimyəvi və mikrobioloji çirklənməsi üçün əsaslı təhlükə yaradacaq risk ehtimalını artırır.

İstehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Qanunvericiciliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırıb.

AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
"Xaçapuri” və ”Simit” burda hazırlanıb - FOTOLAR


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.