SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baba Rzayevin prezidentə dediyi yalan ortaya çıxdı - Video

Baba Rzayevin prezidentə dediyi yalan ortaya çıxdı - Video

Tarix:

27-02-2020, 17:32

/ 1 419 dəfə oxundu.
Baba Rzayevin prezidentə dediyi yalan ortaya çıxdı - Video

Bu gün baş verən elektrik kəsintisi Baba Rzayevin faktiki olaraq prezidentə yalan söylədiyini ortaya qoyub…
PİA.az xəbər verir ki, bu gün Bakıda yenidən elektrik enerjisi böhranı yaşanıb. “Azərişıq” ASC-dən bildirilib ki, baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq səbəb olub.

Elektrik enerjisinin verilməsində yaranan fasilə Bakı metrosunda gərginliyin düşməsi ilə nəticələnib, qatarların hərəkətində fasilə yaranıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız “Həzi Aslanov” – “Xalqlar Dostluğu” sahəsində gələn elektrik enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın (“Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”) fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

Qeyd edək ki, belə bir hadisə 2018-ci ildə Mingəçevir SES-də baş verən partlayışdan sonra yaranmışdı və yaranan elektrik kəsintisindən sonra məlum olmuşdu ki, Bakı Metropolitenində qatarların hərəkətini təmin etmək üçün alternativ elektrik mənbəyi olan generatorlar yoxdur. Həmin vaxt ölkə prezidenti İlham Əliyev Bakı Metropoliteninə təcili generatorların alınmasını tapşırmışdı.

Xatırladaq ki, ötən ilin sonunda, dekabrın 16-da Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidenti Baba Razayevi qəbul edərkən ölkənin baş energetiki prezidentə bildirmişdi ki, Bakı Metropoliteni tam olaraq generatorla təmin edilib.

Sitat: “Prezident İlham Əliyev: Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?

Baba Rzayev: Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”.

Bu gün baş verən elektrik kəsintisi Baba Rzayevin faktiki olaraq prezidentə yalan söylədiyini ortaya qoyub. Çünki belə olmasaydı “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu” stansiyalarında qatarların hərəkəti dayanmazdı və sərnişinlər təxliyə olunmazdı.

Şərhlər

XƏBƏR LENTİ