Bakı metrosunda insident
Ötən gecə Bakı metropoliteninin "Koroğlu" stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib.
Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib.
Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb.
Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev oxu.az-a bildirib ki, hadisə 23:15-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.
"Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar "Koroğlu" stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib".
Nəsimi Paşayev bildirib ki, qatarların hərəkətində 4 dəqiqə fasilə yaranıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...