SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Neftçala Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edildi

Neftçala Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edildi

Tarix:

26-02-2020, 13:55

/ 2 355 dəfə oxundu.
Neftçala Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edildi

"Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov işdən qovulub”...
Bu barədə rayondakı mənbələrdən Bizimxeber.az-a daxil olan məlumatda bildirilir. Daha bir məlumata görə, ötən gün rayon xəstəxanasına yeni baş həkim Ramiz Əliyev təyin edilib.

Qeyd edək ki, Ramiz Əliyev uzun illər baş həkimin müavini vəzifəsində çalışıb. Rayonda böyük hörmət və nüfuza malikdir. Ciddi tibbi savada və idarəcilik qabiliyyətinə malik olan Ramiz Əliyevin təyinatı xəstəxana personalı tərəfindən rəğbətlə qarşılanıb.

Telman Zahidovun rüşvətalma və ya rüşvətvermə faktlarından başqa xəstəxanadakı diğər əməlləri də araşdırılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

Onlar barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ