XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakıda maska qıtlığı yarandı: Qiymət ikiqat bahalaşdı

Bakıda maska qıtlığı yarandı: Qiymət ikiqat bahalaşdı

Bakıda maska qıtlığı yarandı: Qiymət ikiqat bahalaşdı
24-02-2020, 14:51

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Bakı şəhərindəki apteklərdə qoruyucu maska iki dəfədən artıq bahalaşdı.

Bu gün Cebhe.info əməkdaşları bir neçə aptekdə monitorinq aparıb. Məlum olub ki, qiyməti 10 qəpik olan qoruyucu maskalar ən azı 25 qəpiyə təklif olunur. “Nizami” metrostansiyası ətrafındakı apteklərdən bildiriblər ki, bu, ən ucuz qiymətdir. Çünki şəhərin mərkəzin digər apteklər maskanı 50 qəpiyə satır.

Qeyd edək ki, söhbət qoruyucu funksiyası yüksək olmayan adi tibbi maskalardan gedir. Qoruyucu funksiyası yüksək olan tibbi maskaların qiyməti 20 manatdan başlanır. Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.