XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bir sıra ictimai yerlərdə tibbi maskadan istifadə məcburi olacaq

Bir sıra ictimai yerlərdə tibbi maskadan istifadə məcburi olacaq

Bir sıra ictimai yerlərdə tibbi maskadan istifadə məcburi olacaq
1-05-2020, 20:17

Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi ilə əlaqədar vətəndaş qəbulu, ictimai nəqliyyatda, bazar və yarmarkalarda, turizm və ictimai iaşə obyektlərində, ayrı-ayrı ofislərin fəaliyyətin hərəkəti üzrə 6 yeni təlimat göstərişləri hazırlanıb.

TƏBİB sədri bildirib ki, göstərişlər müvafiq orqanlara təqdim edilib: "Sabah onlar koronavirus.info saytında yerləşdiriləcək. Bu təlimatların icrası çox ciddi şəkildə həyata keçirilməlidir”.

R.Bayramlı qeyd edib ki, ictimai yerlərdə sosial məsafənin saxlanması önəmlidir: “Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. Bununla bağlı məsələ təlimatlarda öz əksini tapacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.