SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı - SİYAHI

Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı - SİYAHI

Tarix:

17-02-2020, 13:44

/ 1 061 dəfə oxundu.
Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı - SİYAHI

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC-nin iki filialı bağlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bankın "Premium" və “Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin “Ticarət” filialı “Muğanbank”a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.

Qeyd edək ki, yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb.
Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.

Bank Unikal.org-a iki filialının bağlanması xəbərini təsdiq edib.

Şərhlər

XƏBƏR LENTİ