AZAL rəhbərinə bağlı olan bankda ciddi qanun pozuntusu
31 dekabr 2020-ci il tarixinə "Premium Bank" 3 müştəriyə göstərilən həddən artıq kreditlər verib.
Bu barədə bankın audit hesabatında qeyd edilib.
Həmin müştərilərin adı və ayrılan kreditin məbləği açıqlanmır.
Hesabatda həmçinin qeyd edilib ki, bankın 4 tərəflə əlaqədar böyük kredit riski var. Bu 4 tərəfdən 31 dekabr 2020-ci il tarixinə ödənilməmiş kredit məbləği bankın birinci dərəcəli kapitalının 10%-dən çoxdur.
Xatırladaq ki, 2020-ci ilin sonuna bankın kredit portfeli 539.186 milyon manat təşkil edib.
“Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva (AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı), "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.
Index.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır