SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bakıda bankın daha 3 filialı bağlandı

Bakıda bankın daha 3 filialı bağlandı

Tarix:

28-02-2017, 10:56

/ 1 926 dəfə oxundu.
Bakıda bankın daha 3 filialı bağlandı

"Dəmirbank"ın daha 3 filialı bağlanılıb

Bu barədə bankdan bildirilib. Məlumata görə, bankın Xırdalan, Bakıxanov və İçərişəhər filialları ötən ilin sonundan etibarən fəaliyyətlərini dayandırıb.

Hər 3 filial üzrə müştəri portfelləri digər filiallara ötürülüb. Xırdalan filialı Xəzər filialı ilə, İçərişəhər filialı Yasamal filialı ilə birləşdirilib. Bakıxanov filialı üzrə portfel isə Nəsimi və Mərkəz filiallarına ötürülüb. Bankdan verilən məlumata görə, filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırlması ilə bağlıdır.

Qeyd edək ki, hazırda "Dəmirbank"ın Bakı üzrə 11, regionlarda isə 20 filialı fəaliyyət göstərir.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl bankdan hakerlər tərəfindən 3 milyon manat pul oğurlanmışdı.

Şərhlər

XƏBƏR LENTİ