SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hadı Rəcəblidən "kreativ idea" - Seçicilərin sayı "montaj"la çoxaldıldı

Hadı Rəcəblidən "kreativ idea" - Seçicilərin sayı "montaj"la çoxaldıldı

Tarix:

23-01-2020, 01:09

/ 788 dəfə oxundu.
Hadı Rəcəblidən "kreativ idea" - Seçicilərin sayı "montaj"la çoxaldıldı

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı”...
Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən təbliğat-təşviqat kampaniyasını davam etdirir.

PİA.az xəbər verir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün maraqlı üsuldan istifadə edib. Belə ki, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə Hadı Rəcəbli Lənkəran Dövlət Universiteti və texnikumunda müxtəlif bölgələrdən təhsil alan bir neçə tələbəsini də həmin tədbirə toplayıb.

Daha sonra Hadı Rəcəbli tələbələri 74 saylı Lənkəran kənd seçki dairəsinin seçiciləri kimi ictimaiətə təqdim etməkdən çəkinməyib. Bununla belə, o, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə görüşə gələnlərin əksəriyətinin yaşlı adamlar olduğu ortaya çıxıb.
Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşləri izdihamlı göstərmək üçün video-montaj proqramından da istifadə edib.

Demokrat.az
Hadı Rəcəblidən "kreativ idea" - Seçicilərin sayı "montaj"la çoxaldıldı

Şərhlər

XƏBƏR LENTİ