SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 162 tələbə ictimai köməkçi qismində prokurorluq orqanlarında fəaliyyətə cəlb edilib

162 tələbə ictimai köməkçi qismində prokurorluq orqanlarında fəaliyyətə cəlb edilib

Tarix:

10-01-2020, 01:22

/ 990 dəfə oxundu.
162 tələbə ictimai köməkçi qismində prokurorluq orqanlarında fəaliyyətə cəlb edilib

Bu barədə Baş Prokurorluqda keçirilən müşavirədə bildirilib...
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış “könüllülük” hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin nəticəsi olaraq ötən il dekabrın 30-da dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini daha da artırmaq məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

Xüsusilə vurğulanıb ki, 2019-cu ildə “Könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilib.

2020-ci ildə prokurorluqda “İctimai Köməkçi” qismində könüllü fəaliyyət göstərən tələbələrin dövlət gənclər siyasətinin ən böyük dəstəkçilərindən birinə çevrilməsi, milli, mənəvi və dövlətçilik dəyərlərinin onlara aşılanması, digər könüllülərlə əlaqələrinin gücləndirilməsi və onların təşkilatlanması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Şərhlər

XƏBƏR LENTİ