SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Könüllülük - sağlam inkişaf” - Nərimanov rayonunda təlim

“Könüllülük - sağlam inkişaf” - Nərimanov rayonunda təlim

Tarix:

21-12-2018, 14:35

/ 1 316 dəfə oxundu.
“Könüllülük - sağlam inkişaf” - Nərimanov rayonunda təlim

Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman yarışı keçirilib
Dekabrın 19-da Bakı Humanitar Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman (dama və şahmat) yarışı keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Bakı Humanitar Kollecin direktor müavini Rasim Rzaxanov, Kollecin Tələbə-Gənclər Təşkilatının sədr müavini Ümidə Rəhimova, layihənin təlimçisi Rəşad Bayramov və 30 nəfər gənc iştirak etmişdir.
İlk öncə qonaqları salamlayan Bakı Humanitar Kollecin direktor müavini Rasim Rzaxanov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. R.Rzayeva qeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların, idman və intellektual yarışmaların keçirilməsidir.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclərin Birinci Forumunun keçirilməsi Azərbaycanda könüllülük fəaliyyətinə böyük təkan verdi. Bu forumdan sonra gənclər ictimai işlərdə daha aktiv rol oynamağa başladılar. Forumdan sonra keçən müddət ərzində könüllülüyün bir hərəkat kimi geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Uğurlu daxili siyasət nəticəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan dövləti bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Bu dəstək könüllü fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması, onun həyata keçirilməsinə maddi dəstəyin göstərilməsi, könüllülərin dövlət əhəmiyyətli tədbirlərə cəlb edilməsi və digər fəaliyyət müstəvilərində təzahür edir. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu könüllülük hərəkatını istiqamətləndirən əsas sənəd olaraq, bu gün də ölkə gənclərinə gələcəyin yolunu göstərir.
Daha sonra qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.
Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Rəsmi hissədən sonra “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin dama və şahmat idman növü üzrə yarışına start verilmişdir. İdman yarışında qalib gəlmiş könüllülər “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.

Qeyd edək ki, layihə çərçivəsində 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında intellektual və idman yarışları keçirilir.

Şərhlər

XƏBƏR LENTİ