SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "QEYD" Gənclər Günü ilə bağlı videokonfrans keçirdi

"QEYD" Gənclər Günü ilə bağlı videokonfrans keçirdi

Tarix:

1-02-2021, 00:22

/ 901 dəfə oxundu.
"QEYD" Gənclər Günü ilə bağlı videokonfrans keçirdi

QEYD" İctimai Birliyinin təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü ilə bağlı onlayn formatda tədbir keçirilib.
"QEYD" İctimai Birliyinin Baş katibi Aysel Tahirova tədbiri giriş sözü ilə açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildirib.
Daha sora Milli Məclisin deputatı Vüqar İskəndərov hazırda respublikada mövcud olan yüzlərlə Qeyri-Hökumət təşkilatları və gənclər birliklərinin aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra uğurlu işlər görülür.
Tədbirə davam edən Milli Məclisin deputatı Naqif Həmzəyev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin əsasını qoduğu siyasət bu gün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin və güclü Ordumuz sayəsində 30 ilə yaxının düşmən tapdağında olan torpaqları azad etdi. Biz qalib gəldik.
"QEYD" İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Cənab Prezidentimiz Ilham Əliyevin və Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində, öz gücünə, istedadına inam hissini artırır.
Yeni Azərbaycan Partiyasının fəal üzvü Məmməd Məmmədli çıxışa davam edərək gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb. Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edilməsi də bu məqsədə xidmət edir.
"QEYD" Gənclər Günü ilə bağlı videokonfrans keçirdi

Şərhlər

XƏBƏR LENTİ