SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman yarışı keçirilib

Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman yarışı keçirilib

Tarix:

27-12-2018, 17:30

/ 1 068 dəfə oxundu.
Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman yarışı keçirilib

25 dekabr 2018-ci il tarixdə Bakı İdarəetmə və Texnologiya Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman (dama və şahmat) yarışı keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Bakı İdarəeymə və Texnologiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Aynur Ağayeva, layihənin təlimçisi Rəşad Bayramov və 50 nəfər gənc iştirak etmişdir.
İlk öncə qonaqları salamlayan Bakı İdarəeymə və Texnologiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Aynur Ağayeva tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. P.Mustafayev qeyd etdi ki, könüllülər hərəkatının genişləndiyi sektorlardan biri də ictimai sektordur. İctimai birlikl ərin ilk illərində  bu cür təsisatlar meydana çıxırdı, daha sonra isə  qanunların qəbulu zamanı aparılan təkmilləşdirmələr zamanı QHT sektoru yalnız ictimai təsisat formasında qəbul edilməyə  başladı. Daha sonralar QHT ‐ lər qrant aldılar, layihələr yazdılar, bir sözlə, könüllüllər əmək haqqı, qonorar alan işçilərə  çevrildilər.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə  Gənclərin Birinci Forumunun keçirilməsi Azərbaycanda könüllülük fəaliyyətinə böyük təkan verdi. Bu forumdan sonra gənclər ictimai işlərdə daha aktiv rol oynamağa başladılar. Forumdan sonra keçən müddət  ərzində könüllülüyün bir hərəkat kimi geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin adı ilə birbaşa bağlıdır. Uğurlu daxili siyasət nəticəsində  könüllülük fəaliyyəti ölkəmizdə  sürətlə  inkişaf etməyə  başlayıb. Azərbaycan dövləti bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Bu dəstək könüllü fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması, onun həyata keçirilməsinə  maddi dəstəyin göstərilməsi, könüllülərin dövlət  əhəmiyyətli tədbirlərə  cəlb edilməsi və digər fəaliyyət müstəvilərində  təzahür edir. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu könüllülük hərəkatını istiqamətləndirən əsas sənəd olaraq, bu gün də ölkə  gənclərinə  gələcəyin yolunu göstərir.     
Daha sonra qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.
Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Rəsmi hissədən sonra “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin dama idman növü üzrə yarışına start verilmişdir. İdman yarışında qalib gəlmiş könüllülər “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.

Şərhlər

XƏBƏR LENTİ