SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəhid ailəsi: “Zaur Baxşəliyevin avtomobilinin qarşısını kəsdim, göstəriş verdi ki, qovun getsin” - VİDEO

Şəhid ailəsi: “Zaur Baxşəliyevin avtomobilinin qarşısını kəsdim, göstəriş verdi ki, qovun getsin” - VİDEO

Tarix:

27-12-2019, 00:18

/ 1 552 dəfə oxundu.
Şəhid ailəsi: “Zaur Baxşəliyevin avtomobilinin qarşısını kəsdim, göstəriş verdi ki, qovun getsin” - VİDEO

"5 yaşlı Könülün aylıq tibbi xərcləri ailənin gəlirinin təxminən 4 qatıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu 5 yaşlı Könül Mövsümlünün anası Esmira Allahverdiyeva deyir. O bildirir ki, normalda Mingəçevirdə yaşasalar da, Könülün səhiyyə xərclərini qarşılamaq məqsədilə daha qazanclı iş tapmaq üçün yoldaşı ilə Bakıya köçüblər. Binəqədi rayonunda bir otaqlı evdə kirayə yaşayan ailənin ən böyük dərdi isə, maddi imkansızlıqdan əlavə 4 ildən sonra dünyaya gələn gözlərinin ağı-qarası bircə övladlarının serebral iflicdən və spastik tetraparezdən əziyyət çəkməsidir. Bu isə o deməkdir ki, Könül həm fiziki, həm də psixi cəhətdən inkişafdan qalır.

Anası E. Allahverdiyeva bildirir ki, həkimlər xəstəliyinin müalicəsinə tam təminat verirlər amma bunun üçün xeyli vəsait tələb olunur: “Könül 2015-ci ildə 6 aylıq dünyaya gəlib. Mingəçevir xəstəxanasında peyvənd vurulandan sonra onun vəziyyəti pisləşdi. O vaxtdan indiyə kimi müraciət etmədiyimiz yer, döymədiyimiz qapı qalmadı. Sonda müraciət etdiyimiz “Ömür” Klinikasında Soltan həkim bizə təminat verdi ki, 1 illik müalicə ilə uşağı sağaltmaq mümüknüdür. Amma bu müalicəyə 7 min manat vəsait tələb olunur. Mən heç uşağın gündəlik dərmanlarının pulunu çatdıra bilmirəm. Aylıq xərcləri 1700-1800 maat tutur. Ona görə də üzümü tuturam hər kəsə, imkanı olanlara, xahiş edirəm bizə kömək etsinlər”.

E. Allahverdiyeva bildirir ki, kömək məqsədilə Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin verilişlərinə də müraciət ediblər: “Xoşqədəm xanımın verilişinə müraciət etdik. 3 gün verilişdə oturdum. 3 gündən sonra Xoşqədəm xanıma yaxınlaşmaq istədim amma mühafizəçilər imkan vermədilər. Sonra getdim Zaur müəllimin verilişinə. Bir il qeydiyyatında durdum, qəbul eləmədilər. Axrıncı dəfə getdim saat 9-a qədər ATV-nin qabağında gözlədim. Zaur müəllim çıxanda uşağı qucağıma aldım maşının qabağını kəsdim. Başıyla işçilərinə göstəriş verdi ki, qovun getsin. Zaur müəllim şəxsən özü də gördü uşağı, amma qəbul eləmədi. Gənclər və İdman Nazirliyinə də məktub yazıb kömək istədim, amma bizə dedilər ki, pulumuz yoxdur”.
O bildirir ki, uşağa baxmalı olduğu üçün özü də işləyə bilmir. Yoldaşının aylıq 400-450 manatlıq gəliri isə evin xərclərini çətinliklə qarşılayır: “Ayda 200 manat dövlətdən sosial yardım alıram, onun da hamısını uşağın dərmanlarına verirəm. Uşaq yeriyə bilmir deyə məcbur ortopedik ayaqqabı alırıq ki, onun da ən ucuzu 100-150 manatdır”.
Ata Mövsümov Anar deyir ki, şəhid övladıdır və buna görə dövlətdən aldıqları 11 min manat məvacibin də böyük bir qismini Könülün müalicəsinə xərcləyiblər: “4 ildir ki, kirayədə yaşayıram. Özüm fəhlə bazarında dayanıram. Qazandığım uşağın xərclərini qarşılamağa bəs etmir. Bütün Azərbaycan xalqından xahiş edirəm, bizə kömək etsinlər”.

Məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Bank Hesabı:

Milli Ön, Kapital Bank 6768 6755 3644 8176

Əlaqə telefonu: 050 583 65 73

Şərhlər

XƏBƏR LENTİ